Murovdağda minaya düşən uşaqların qalıqları ərazidən çıxarıldı - RƏSMİ
29 sentyabr 2021 15:41 (UTC +04:00)

Murovdağda minaya düşən uşaqların qalıqları ərazidən çıxarıldı - RƏSMİ

İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış  tədbirləri aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumaata görə, sentyabrın 24-də rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minayə düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir. 

Nəticəsi barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT : qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:11
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

2 iyul 2024 , 08:04
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

1 iyul 2024 , 18:31
Azərbaycanda HOTELDƏ ÖLÜM

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 iyul 2024 , 17:54
DTX-nın  həbs etdiyi məmur azadlığa buraxıldı

DTX-nın həbs etdiyi məmur azadlığa buraxıldı

1 iyul 2024 , 17:38
Asif Məlikov Gürcüstanda həbs edildi - İnterpoldan ƏMƏLİYYAT

Asif Məlikov Gürcüstanda həbs edildi - İnterpoldan ƏMƏLİYYAT

1 iyul 2024 , 17:07
Kamran Əliyev 2 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

Kamran Əliyev 2 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

1 iyul 2024 , 16:21