Müharibədən qayıdan gənc kitabxana işçisini zorlayıb öldürdü
02 iyun 2025 15:19 (UTC +04:00)

Müharibədən qayıdan gənc kitabxana işçisini zorlayıb öldürdü

Ukraynadakı müharibədən qayıdan Vladimir vilayətinin Sudoqodski rayonunun Krasnıy Kust kəndinin 22 yaşlı sakini yerli kitabxananın əməkdaşı Lyudmila Fominanı zorlayaraq öldürüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.

Bildirilir ki, qətl mayın 18-dən 19-na keçən gecə baş verib. Həmin vaxt Fomina bir az əvvəl evə gedən əri ilə görüşə gedib. Qadını qohumu evə aparıb, evin yaxınlığında isə adı açıqlanmayan 22 yaşlı gənc ona hücum edib.

Məlumata görə, müharibə veteranı qadını döyüb, zorlayıb və onu kimsəsiz ərazidə ölməyə buraxıb. Ertəsi gün o, onun vəziyyətini yoxlamaq üçün qayıdıb və onun ölümünü təsdiq edərək, Fominanın cəsədini basdırmaq üçün meşəyə aparıb.Qeyd edilir ki, qeyri-rəsmi məlumatlara görə, həmin şəxs əvvəllər azyaşlıya qarşı seksual xarakterli zorakılıq işində şübhəli şəxs olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538

Oxşar yazılar