Müdir həmkəndlisi ilə birləşib  COVID pasportu   satdılar
22 sentyabr 2021 11:06 (UTC +04:00)

Müdir həmkəndlisi ilə birləşib COVID pasportu satdılar

“Lerik rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə peyvənd olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon Prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin peyvənd vurulmadıqları halda I və II doza peyvənd olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Mehman Nəbiyev

Oxşar yazılar