Moskvada terror törədən 4 nəfər tutuldu
23 mart 2024 12:14 (UTC +04:00)

Moskvada terror törədən 4 nəfər tutuldu

Moskva yaxınlığındakı "Crocus City Hall"da terror törədənlər saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə "Crocus City Hall"da terror aktında iştirak edən 11 nəfərin saxlanılması barədə məlumat verib. Bortnikovun sözlərinə görə, onlardan 4-ü terrorçudur.

# 2628
avatar

Oxşar yazılar