Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, avqustun 13-ü saat 01 radələrində Mingəçevir şəhəri Nizami küçəsində 21 yaşlı Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 30 yaşlı İbrahim Tahirinin döş nahiyəsindən bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.