Mina təmizlənməsində köməkliyə görə Rusiya FHN-in əməkdaşları MÜKAFATLANDIRILDI
23 mart 2021 18:27 (UTC +04:00)

Mina təmizlənməsində köməkliyə görə Rusiya FHN-in əməkdaşları MÜKAFATLANDIRILDI

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmiş bir qrup rusiyalı mütəxəssis Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və Fövqəladə Hallar Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.

Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, 23 mart 2021-ci il tarixində Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzində keçirilmiş təltifetmə mərasimində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Rusiya Federasiyası FHN-in minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən XRXX-nin rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi arasındakı səmərəli əməkdaşlıqdan söz açıb, bu əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarında rusiyalı pirotexniklərin iştirakını vurğulayıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy təltiflərə görə minnətdarlığını bildirib.

Rusiyalı FHN-çilər təltif olundu

# 1503
avatar

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42