Milyarder  korrupsiyaya görə saxlanıldı
02 avqust 2024 16:24 (UTC +04:00)

Milyarder korrupsiyaya görə saxlanıldı

Milyarder Dmitri Astafyev mənimsəmə ittihamı ilə Moskvada saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Astafyevin saxlanması ilə bağlı məlumatı jurnalistlərə onun həyat yoldaşı təsdiqləyib. Onun sözlərinə görə, ötən gecə əməliyyatçılar ərinin qaldığı xəstəxanaya gələrək onu saxlayıblar.

Məlumata görə, iş adamı mənimsəmə işi üzrə ittiham olunur.

Belə ki, 27 noyabr 2013-cü ildən 24 noyabr 2017-ci il tarixədək Astafyev “LenSpetsStroy” və “LenOblSpetsStroy” şirkətlərinin baş direktoru olub. Bu vəzifədə o, səhmdarların pulunu - ümumilikdə təxminən 217 milyon rublu (təxminıən 4 milyon 179 min manat) mənimsəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar