Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı
16 iyun 2025 02:54 (UTC +04:00)

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə  "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Qəza  zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və  bir daha qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar