Mənzildə meyit tapıldı
03 iyul 2022 17:01 (UTC +04:00)

Mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Cavadov Şahlar Alış oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1173
avatar

Oxşar yazılar