Moskva vilayətində 15 yaşlı qız intihar edib və intihar məktubunda səbəb kimi məktəbi qeyd edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə sentyabrın 3-də baş verib. Dərsdən sonra 9-cu sinif şagirdi nənəsinin Orexovo-Zuyevodakı evinə gedərək, orada intihar edib. Nənə onun cəsədini səhər balkonda tapıb.
“Günahkarların hamısı məktəb, müəllimlər və sinif yoldaşlarımdır”, deyən qız intihar məktubunda yaxınlarından onu günahlandırmamağı xahiş edib.
Araşdırma aparılır.