Manikürə gedən 17 yaşlı qız YOXA ÇIXDI : anası axtarır...
31 may 2022 17:56 (UTC +04:00)

Manikürə gedən 17 yaşlı qız YOXA ÇIXDI: anası axtarır...

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, 17 yaşlı Məmmədəliyeva Elnarə Rizvan qızı mayın 27-i saat 15 radələrində Nərimanov rayonu ərazisində itkin düşüb.

Məlumata əsasən, E.Məmmədova Qara Qarayev prospektində kirayə yaşadığı evdən Nərimanovdakı gözəllik salonlarından birinə dırnaq düzəltdirmək üçün gəlib. Ancaq oradan çıxaraq, itkin düşüb.

Bu barədə onun anası E.Qəmbərova polisə müraciətində bildirib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Mehman Nəbiyev

Oxşar yazılar