Mağazaya gedən yeniyetmə  İTKİN DÜŞDÜ
27 may 2022 13:27 (UTC +04:00)

Mağazaya gedən yeniyetmə İTKİN DÜŞDÜ

Ağcabədidə yeniyetmə itkin düşüb.

Lent.az xəbər verir ki, rayon ərazisində yerləşən Ağgöl Milli Parkı yaxınlığında fermada yaşayan 16 yaşlı Əsgərov Allahyar Elxan oğlu mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun ögey atası S. Heydərov rayon Polis Şöbəsinə müraciətində bildirib.

Yeniyetmənin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar