Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
06 avqust 2024 12:30 (UTC +04:00)

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Avqustun 7-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17142
avatar

Oxşar yazılar

Bakıda siqaret kötüyü  evi YANDIRDI: ölən var

Bakıda siqaret kötüyü evi YANDIRDI: ölən var

17 avqust 2024 , 11:28
Polislə dalaşan  azərbaycanlı saxlanıldı - VİDEO

Polislə dalaşan azərbaycanlı saxlanıldı - VİDEO

17 avqust 2024 , 10:20
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

17 avqust 2024 , 09:25
Abşeronda restoran yanıb

Abşeronda restoran yanıb

17 avqust 2024 , 08:41
İlanı paltaryuyanda belə yudular - VİDEO

İlanı paltaryuyanda belə yudular - VİDEO

17 avqust 2024 , 00:42
Yeni Zelandiya diplomatını  mənzilində qarət etdilər

Yeni Zelandiya diplomatını mənzilində qarət etdilər

16 avqust 2024 , 21:44
Polisə rüşvət verən  həbs olundu

Polisə rüşvət verən həbs olundu

16 avqust 2024 , 19:35
Lökbatandaki ticarət mərkəzində bir qrup şəxs girov götürülüb?  - RƏSMİ AÇIQLAMA

Lökbatandaki ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? - RƏSMİ AÇIQLAMA

16 avqust 2024 , 19:23