Lənkəranda itkin düşən kişinin meyiti dərədən tapıldı - YENİLƏNİB
05 iyun 2025 10:23 (UTC +04:00)

Lənkəranda itkin düşən kişinin meyiti dərədən tapıldı - YENİLƏNİB

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, itkin düşən 55 yaşlı İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***
09:51

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 55 yaşlı İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar