Kürdə batan var - YENİLƏNİB
20 iyul 2025 21:00 (UTC +04:00)

Kürdə batan var - YENİLƏNİB

Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən yaydığı məlumata görə, o, 1986-cı il təvəllüdlü Əliyev Sənan İlham oğludur.

Şəxsin Bərdə rayon sakini olduğu bildirilir.

***

19:25

Yevlaxda bədbəxt hadisə baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində ortayaşlı kişi suda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar