Küçədə söyüş söyənlərə irad tutdu, BIÇAQLANDI
30 sentyabr 2022 06:20 (UTC +04:00)

Küçədə söyüş söyənlərə irad tutdu, BIÇAQLANDI

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəılüdlü Məmiyev Elçin Məmi oğlu yaşadığı evin yerləşdiyi küçədə naməlum şəxslərə işlətdikləri qeyri-etik ifadəyə görə irad tutub.

Bundan hiddətlənən naməlum şəxslərdən biri E.Məmiyevə bir neçə bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb. 

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını Binəqədi Rayon Polis İdarəsinin 6-ci bölməsinin əməkdaşları aparır.

# 2349
avatar

Oxşar yazılar