"Kristal Abşeron" yenidən məhkəməyə verildi
05 may 2021 11:18 (UTC +04:00)

"Kristal Abşeron" yenidən məhkəməyə verildi

Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkəti cərimələnib.

Lent.az-ın məlumatına görə, daha çox yaşayış binaları tikən “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsilə cərimələnib.

Şirkətə tərtib olunan protokol Abşeron rayon Məhkəməsinə göndərilib.

İş hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Həmin maddəyə əsasən hüquqi şəxslər 35 min manat cərimələnir.

Xatırladaq ki, 5 gün əvvəl də “Kristal Abşeron”un cərimələnərək, məhkəməyə verilməsi barədə məlumat paylaşmışdıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Mehman Nəbiyev

Oxşar yazılar