“Kristal Abşeron” məhkəməyə verildi
30 aprel 2021 16:23 (UTC +04:00)

“Kristal Abşeron” məhkəməyə verildi

Məşhur tikinti şirkəti “Kristal Abşeron” məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Cərimə protokolu Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimələnə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Mehman Nəbiyev

Oxşar yazılar