Keçmiş məhkumlar heroinlə saxlanıldı -FOTO
14 avqust 2021 11:06 (UTC +04:00)

Keçmiş məhkumlar heroinlə saxlanıldı -FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Qurban Sadıqov saxlanılıb.

APA-nın yerli bürosunun Gəncə Şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılaraq Kəpəz RPİ-nə gətirilib. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662
avatar

Oxşar yazılar