İcazəsiz işləyən salon
30 dekabr 2020 16:56 (UTC +04:00)

İcazəsiz işləyən salon

Karantində gözəllik salonu işlətdilər

Gədəbəydə karantin rejimini pozan gözəllik salonu aşkarlanıb.

Daxili İşlər Nazirliyi  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıb.

Salonu icarə əsasında işlədən rayon sakinləri Ə. Hüseynova və T. Yusibova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində, müştəriləri isə 100 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar