Kanaldan meyit tapıldı
27 mart 2022 12:59 (UTC +04:00)

Kanaldan meyit tapıldı

Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.

Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

# 1956
avatar

Oxşar yazılar