İtkin düşən tələbə İlkin Hüseynov
18 may 2021 12:57 (UTC +04:00)

İtkin düşən tələbə İlkin Hüseynov

İtkin düşən tələbə harada olub? - DİN AÇIQLADI-YENİLƏNİB

Daxili İşlər Nazirliyi bir həftə əvvəl itkin düşən İlkin Hüseynovun tapıldığını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, itkin düşən İlkin Hüseynov ötən gün axşam saatlarında Bakıdakı parkların birində polis əməkdaşları tərəfindən tapılıb: “O, aidiyyatı üzrə əvvəlcə Şabran rayon Polis Şöbəsinə və daha sonra ailəsinə təhvil verilib”. 

***

Saat: 10:16

Bir müddət öncə itkin düşən 20 yaşlı tələbə İlkin Hüseynov tapılıb.

Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Atası Saleh Hüseynov da Lent.az-a açıqlamasında oğlunun tapılmasını təsdiqləyib. O bildirib ki, polisdən ona İlkinin tapıldığını dedilər: "Lakin hələ evə dönməyib. Onun harada olması və hansı səbəbdən yoxa çıxması barədə məlumatsızam. Bildiyim odur ki, pulu qurtardığı üçün evə gəlməyib, yenidən şəhərə qayıdıb və bir neçə gün orada qalıb".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi İ.Hüseynovun Bakı-Şabran yolunda itkin düşməsi ilə bağlı ətraflı məlumat vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13164
avatar

Mehman Nəbiyev

Oxşar yazılar