Texniki Universitetin 3-cü kurs tələbəsi İlkin Hüseynov
15 may 2021 14:37 (UTC +04:00)

Texniki Universitetin 3-cü kurs tələbəsi İlkin Hüseynov

Polis yoxa çıxan tələbənin axtarışlarına başladı - YENİLƏNİB-2

İtkin düşən tələbə İlkin Hüseynovun axtarış tədbirləri davam etdirilir.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.

O qeyd edib ki, itkin düşən tələbədən hələlik heç bir məlumat yoxdur: "Şabran rayon sakini 20 yaşlı İlkin Hüseynovun itkin düşməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə məlumat daxil olub. Bununla əlaqədar axtarışlara başlanıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir". 

***

14 may, saat 10:32

İtkin düşən 20 yaşlı İlkinin atası Saleh Hüseynov Lent.az-a danışıb.

O bildirib ki, oğlunun itkin düşməsi ilə bağlı bir neçə versiyalar səsləndirilir:

"Mayın 11-də rayona gəlmək üçün İlham adlı rayon sakinin maşınına minib. Amma elə “Şamaxinka”da da maşından düşüb. Yəqin onu kimsə məcbur edib. Yaşar adlı oğlan var, əvvəllər də məni çox aldadıb. Yalandan deyir ki, restoranda inzibatçıyam. “Şamaxinkada”kı təhlükəsizlik kameralarından həmin tarixə baxmaq istəyirəm. Amma təəssüf ki, şərait yaratmırlar”. 

İlkinin atası daha bir iddia da səsləndirib: 

“Bir versiya da var ki, guya oğlum nənəsinə deyib ki, Siyəzəndə pirin yanındayam, gəlirəm. Amma İlkin nənəsi ilə mayın 11-də 15:40-da danışıb. 14:40-da isə “Şamaxinka”da taksidən düşüb. Piyada keçidini keçib, geri qayıdıb. Böyük ehtimal, Siyəzəndə “pirin altındayam” sözünü də yalandan deməyə məcbur ediblər".

***

09:53

Azərbaycanda tələbə itkin düşüb.

Lent.az-ın məlumatına görə, mayın 11-də Azərbaycan Texniki Universitetin 3-cü kurs tələbəsi İlkin Hüseynov Bakıdan Şabrana gedərkən itkin düşüb. Məlumata əsasən, İlkin yolda ailəsi ilə danışıb və 20 dəqiqəyə evdə olacağını bildirib. Lakin sonradan onunla əlaqə kəsilib.

Onu görənlərdən polis orqanına məlumat vermələri və ya (050) 479-11-08 mobil nömrəsinə zəng etmələri xahiş olunur.

# 12282
avatar

Mehman Nəbiyev

Oxşar yazılar