İş adamı keçmiş sevgilisinin gözü qarşısında  intihar etdi
01 dekabr 2021 16:15 (UTC +04:00)

İş adamı keçmiş sevgilisinin gözü qarşısında intihar etdi

Moskvalı iş adamı, cihaz və naviqasiya alətləri və aparatlarının istehsalı ilə məşğul olan "Optik Ölçmə Sistemləri" şirkətinin baş direktoru Yuri Nikitayev Vorobyov təpələri parkında keçmiş sevgilisinin gözü qarşısında intihar edib. 

Lent.az-ın Rusiya mediasına istinadla bildirir ki, 43 yaşlı kişinin meyiti ağaclıq ərazidə tapılıb.

Sahibkarın intiharından sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Keçmiş sevgilisi polisə bildirib ki, ondan təxminən 6 ay əvvəl ayrılıb. Onun intihar etdiyi gün işdən sonra onu izləyib. Onların arasında mübahisə baş verib və bu zaman Nikitayev özünü güllələyərək intihar edib.

Məlumata görə, iş adamı əvvəlcə keçmiş sevgilisini də öldürməklə hədələsə də, ona zərər verməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Oxşar yazılar