İrandan gətirilən 300 minlik siqaret  Xəzər dənizində ələ keçirildi - VİDEO
21 sentyabr 2024 12:36 (UTC +04:00)

İrandan gətirilən 300 minlik siqaret Xəzər dənizində ələ keçirildi - VİDEO

Sentyabrın 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən axtarış tədbirləri aparılıb. Sahil xəttinin qapadılması nəticəsində 3 ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 ədəd şübhəli bağlama müəyyən olunub.

Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 qutu tütün məmulatı aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Oxşar yazılar