İmtahan zalında  “ağıllı” saat   aşkarlandı, araşdırma aparılır
11 iyun 2023 14:41 (UTC +04:00)

İmtahan zalında “ağıllı” saat aşkarlandı, araşdırma aparılır

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanında “ağıllı” saat aşkarlanıb.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

# 3912
avatar

Oxşar yazılar