İmişlidə piyadaların vurulması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, yanvarın 18-də, saat 12:30-da İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.