İmişlidə yol-nqəliyyatı hadisəsi baş verib.
Lent.az xəbər verir ki, mişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil və "VAZ 2107" markalı minik maşını toqquşub.
Hadisədə 6 nəfər xəsarət alıb.
Hadisə zamanı xəsarət alanlar İmişli rayonu Xəlfəli kənd sakinləri, 1956-cı il təvəllüdlü Mərdəliyev Sədiyar Əlisəfa oğlu, 1991-ci il təvəllüdlü İmanova Günay Səhliyar qızı, 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu, 1986-cı il təvəllüdlü Ağayeva Səliqə Səhliyar Qızı, 1958-ci il təvəllüdlü İmanova Gülmayə Xudayar qızı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib və Sədiyar Mərdəliyev ilə Günay İmanova Bakı xəstəxanalarından birinə təxliyə olunub.
Əkiz uşaqlar Nurlan və Nemət reanimasiya şöbəsinə yerləşdirilib digər iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.