İlqar Hacıyev prokurorluğa çağırıldı:  milyonlarla  dələduzluqda ittiham olunur
16 mart 2025 20:12 (UTC +04:00)

İlqar Hacıyev prokurorluğa çağırıldı: milyonlarla dələduzluqda ittiham olunur

İlqar Hacıyev prokurorluğa çağırılıb.

Lent.az-ın məlumatına görə, bu barədə qanunvericiliyə uyğun olaraq İTV məlumat yayıb. 

Təqsirləndiirlən şəxs İlqar Hacıyev aprelin 15-də saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd olunub ki, İlqar Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə  təqsirləndirilir. O, istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqla 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950

Oxşar yazılar

Kürdəmirdə QAN TÖKÜLDÜ:  Bıçağı necə vurdusa...

Kürdəmirdə QAN TÖKÜLDÜ: Bıçağı necə vurdusa...

17 mart 2025 , 09:50
Bakıda FACİƏ:  Maşını arxaya sürüb ölümə səbəb oldu

Bakıda FACİƏ: Maşını arxaya sürüb ölümə səbəb oldu

17 mart 2025 , 09:23
Ağsu sakini intihar etdi

Ağsu sakini intihar etdi

17 mart 2025 , 08:59
Gəncədə bir ailənin üç uşağı   dəm qazından zəhərləndi

Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərləndi

17 mart 2025 , 08:52
"28 may"da mağaza yandı

"28 may"da mağaza yandı

17 mart 2025 , 03:41
Rəssam Nağdəli Xəlilov

Nağdəli Xəlilov vəfat etdi

17 mart 2025 , 00:55
Ənvər Həsənov vəfat etdi , Buzovnada dəfn olunacaq

Ənvər Həsənov vəfat etdi, Buzovnada dəfn olunacaq

16 mart 2025 , 23:04
Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu -YENİLƏNİB

Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu-YENİLƏNİB

16 mart 2025 , 21:20