Bernardo Alvares
16 iyul 2021 19:09 (UTC +04:00)

Bernardo Alvares

İlanı öpdü, dilini sancdı, zəhərindən öldü

Kobra Filippinin Panqasinan əyalətində özünü toxunulmaz hesab edən və ilan zəhərinə qarşı immuniteti olduğunu iddia edən bir ilan mütəxəssisini öldürüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 62 yaşlı Bernardo Alvares Manqaldan bələdiyyəsi ərazisində ilan tutub və onu ram etdiyini açıqlayıb. Dəlil olaraq kobranı dodaqlarına yaxınlaşdırıb və öpdüyünü iddia edib. Kobra həmin an hücum edərək onun dilindən sancıb. Alvares ağrıdan qışqırıb və yıxılıb. 

Həkimlər və polislər hadisə yerinə gələndə nəbzi vurmayıb. Alvaresi həyata qaytarmaq cəhdləri alınmayıb, o, yerindəcə keçinib. Qəzə\blənən şahidlər ilanı öldürüblər. 

Filippin kobrası dünyada ən zəhərli ilanlardan biri hesab edilir. Onun zəhəri qurbanının tənəffüs sistemini məhv edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar