İki qardaş  İNTİHAR   etdi
19 noyabr 2021 19:25 (UTC +04:00)

İki qardaş İNTİHAR etdi

Türkiyənin Bursa şəhərində dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İznik gölündə 2 qardaşın meyiti tapılıb.

34 yaşlı Həsən və 31 yaşlı Hüseyn qardaşları dünən səhər saatlarında dostlarından birinin onları İznik gölünə aparmasını istəyiblər. Sonra hər 2 qardaşdan xəbər ala bilməyən ailə polisə xəbər verib.

Axtarış əməliyyatına başlayan polis, Həsən və Hüseyn Karacan qardaşlarının bir müddət əvvəl ətrafdakılara “İznik gölündə intihar edəcəyik” dedikləri barədə məlumat əldə edib. Bundan sonra göldə axtarış-xilasetmə işləri zamanı hər 2 qardaşın cəsədi aşkar edilib.

Qeyd edək ki, Həsən və Hüseyn rayonda kiçik bir kafe işlədirlərmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4605
avatar

Sevinc Fərid

Oxşar yazılar