İftara çağırmaq istəyirdilər, meyitini tapdılar
13 mart 2025 17:57 (UTC +04:00)

İftara çağırmaq istəyirdilər, meyitini tapdılar

Türkiyədə iftara çağırılan kişinin meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Menderes qəsəbəsində baş verib.

Məlumata görə, həyat yoldaşından ayrılan və 2 uşaq atası olan Çingiz Keskin tənha yaşayırmış. Yaxınları onu iftar məclisi üçün çağırmaq qərarına gəlsələr də, əlaqə saxlaya bilməyiblər. Nəhayət onun evinə gedən yaxınları kişinin kresloda oturuqlu vəziyyətdə öldüyünü görüblər.

Hadisə yerinə gələn polis əməkdaşları meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndəriblər. Mərhumun qəfil ürəktutmasından öldüyü məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar