İçərisində insan qalıqları olan çanta tapıldı
08 mart 2024 09:29 (UTC +04:00)

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib.

Baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun içərisində ciddi dəyişikliklərə məruz qalmış insan bədəni parçaları aşkar ediblər.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.

# 2631
avatar

Oxşar yazılar