Hüseynbala Mirələmovun oğlu MƏHKƏMƏYƏ VERİLDİ:  su pulunu ödəmir
15 iyul 2024 15:50 (UTC +04:00)

Hüseynbala Mirələmovun oğlu MƏHKƏMƏYƏ VERİLDİ: su pulunu ödəmir

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

Lent.az xəbər verir ki, bununla bağlı “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Məsələyə iddiaçı qurum da münasibət bildirib.

Qurumun yaydığı məlumatda deyilir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb:

“Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Abonent Nəsimi rayonunda qeydiyyatda olduğuna görə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddaçı qismində bu rayonun məhkəməsinə müraciət ünvanlayıb” .

Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri "unikal.az" saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar