Göyçayda karantin qaydalarının pozulduğu toyun təşkilatçısı cərimələnib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80 nəfərə yaxın qonağın iştirak etdiyi aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimə olunub.