Göygöldə yeniyetmə 18 yaşlı gənci  bıçaqladı
27 mart 2024 23:30 (UTC +04:00)

Göygöldə yeniyetmə 18 yaşlı gənci bıçaqladı

Göygöl rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

18 yaşlı Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir. 

Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı Nihat Musayev saxlanılıb.

# 2589
avatar

Oxşar yazılar