Parlamentdə  müəllimlərin təqaüd yaşı   ilə bağlı məsələ qaldırıldı
29 mart 2024 14:09 (UTC +04:00)

Parlamentdə müəllimlərin təqaüd yaşı ilə bağlı məsələ qaldırıldı

Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: “Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin”.

Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb: “65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. Xahiş edirlər ki, müddət uzadılsın. Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahəsi var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”.

Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb: "Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər".

# 12183
avatar

Oxşar yazılar