Göyçayda qəza: 3 ÖLÜ -YENİLƏNİB
04 mart 2024 01:50 (UTC +04:00)

Göyçayda qəza: 3 ÖLÜ-YENİLƏNİB

İlkin məlumata əsasən, Goyçay-Ucar yolunda baş vermiş qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hazırda üçüncü şəxsin meyiti kanaldan çıxarılır. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

***

01.19

Goyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata əsasən hadisə zamanı iki nəfərin dünyasını dəyişdiyi, bir neçə nəfərin agir yaralandığı bildirilir.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. Yaralıların Ucar rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6642
avatar

Oxşar yazılar