Gəncədə  quldurluq edən   tutuldu
06 mart 2023 12:23 (UTC +04:00)

Gəncədə quldurluq edən tutuldu

Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi i tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 29 yaşlı  Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edilib ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. Polis əməkdaşları seyfi mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712

Oxşar yazılar