Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
***
20:50
Gəncədə mebel salonunda baş verən yanğın söndürülüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 500 kv metr sahəsi olan sexin 100 kv metrində mebel istehsal eləmək üçün bir neçə dəzgah və mebel taxtaları yanıb.
Sexin qalan hissəsi və avadanlıqlar yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
***
20:16
Gəncədə yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən mebel sexində anidən yağın olub.
Dərhal əraziyə FHN yanğınsöndürən maşınları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.