Zaqatalada üstünə qaynar su tökülən 1,5 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Lent.az xeber verir ki, 03.112023-cü il təvəllüdlü Zaqatala şəhər sakini Xalid Yusubov bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləriylə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.
Müayinə zamanı azyaşlının yaşadığı ünvanda ehtiyatsızlıqdan üstünə qaynar su tökülərək 2-ci dərəcəli termiki yanıq xəsarətləri aldığı məlum olub.
X. Yusubovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.