2025-ci ilin əvvəli üçün dünyanın ən bahalı futbolçusu  müəyyənləşdi
11 yanvar 2025 09:42 (UTC +04:00)

2025-ci ilin əvvəli üçün dünyanın ən bahalı futbolçusu müəyyənləşdi

21 yaşlı britaniyalı yarımmüdafiəçi Cud Bellinqhem hazırda dünyanın ən bahalı futbolçuları reytinqində birinci yerdədir.

Lent.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumatına görə, "Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi hazırda 251,4 milyon avro dəyərində qiymətləndirilir.

İngilisdən sonra norveçli Erlinq Haaland (221,5 milyon avro) və braziliyalı Vinisius Junior (205,7 milyon avro) gəlir.

Planetin ən bahalı 5 futbolçusunun siyahısına həmçinin Lamin Yamal (“Barselona”) – 180,3 milyon avro və Kilian Mbappe (“Real Madrid”) – 175,2 milyon avro daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3709

Oxşar yazılar