Yumurtanı qaynatdıqdan sonra qazanda qalan suyu atmaq olmaz.
Lent.az-ın məlumatına görə, bu su otaq bitkilərinin suvarılması üçün istifadə olunur.
Bu su kalsium və müxtəlif faydalı birləşmələrin, o cümlədən vitaminlərin mənbəyidir.
Yumurta qaynadıqdan sonra həmin suyu bir qaba tökün və düz 24 saat gözləyin.
Sonra, qapalı bitkilərinizi onunla sulayın.
Belə qidalanma orkide, bənövşə və azalea üçün xüsusilə faydalıdır.
Beləliklə, torpağın və floranın vəziyyəti yaxşılaşacaq. Bundan əlavə, bitkilər uzun müddət gözəlliyini qoruyacaqlar.