Qız bu əməlinə görə qayınanasını evdən QOVDU
11 yanvar 2025 17:21 (UTC +04:00)

Qız bu əməlinə görə qayınanasını evdən QOVDU

Sosial şəbəkə istifadəçisi olan gənc qız gələcək qayınanasının qəribə davranışını görüb onu evdən qovub və bu hadisəni detallı paylaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yazı müəllifinin sözlərinə görə, o, üç ildir bir gənclə münasibətdədir:

“Bir neçə ay əvvəl sevgilimin anası Hindistandan ABŞ-a gəldi və bir neçə ay bizim evdə qaldı. Gördüm ki, o, şkafı açaraq paltarlarıma baxır. Sonra paltarlarım yoxa çıxdı. Sən demə qadın onları atırmış”.

Nəticədə qız sevgilisinin anası ilə danışıb və ondan əşyalarına toxunmağı dayandırmasını istəyib: “O, paltarımın ailəsinin üzvü olacaq biri üçün çox açıq-saçıq olduğunu söylədi”.

Aralarındakı söhbətdən sonra qızın qeyd etdiyi kimi, qadın əşyalarını atmağı dayandırsa da, sonra buna başqa cür davam etdi. Belə ki, qadın artıq gələcək gəlininin paltarlarını atmasa da, kəsməyə başlayıb.

Nəticədə qız gələcək qayınanasını evdən qovub və onu otel otağına yerləşdirib: 

“İndi o, Hindistana qayıdır və sevgilim də münasibətimizi dayandırmaq istəyir”.

İzləyicilər qızın qərarını dəstəkləyiblər. Çoxları qadının bu davranışının qızı evlilikdən və onunla yaxın münasibətdən xilas etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar