Gəncədə bıçaqlanma baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
41 yaşlı İ. Bayramov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir. Məlumata görə, kişi özü özünü bıçaqlayıb. Onun hansı səbəbdən özünə xəsarət etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.