Ev sahibi ailə münaqişəsinə  görə evini yandırdı -FOTO
27 iyun 2022 22:48 (UTC +04:00)

Ev sahibi ailə münaqişəsinə görə evini yandırdı -FOTO

Ucarda fərdi yaşayış evi yanıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Qazyan kəndində baş verib.

Kənd sakini, 82 yaşlı Ağahüseyn Qəniyevə məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət, ümumi sahəsi 230 kvadratmetr olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.  

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məlumata görə, yanğın ailə münaqişəsi zamanı ev sahibi tərəfindən törədilib.

Fakt araşdırılır.    

# 2262
avatar

Oxşar yazılar