Ermənilərin hərbçimizin meyitini yandırması ilə bağlı cinayət işi açıldı - RƏSMİ
06 yanvar 2021 18:00 (UTC +04:00)

Ermənilərin hərbçimizin meyitini yandırması ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxsin Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırmasını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.
         
Qurumdan Lent.az-a verilən məlumata görə, Baş Prokurorluq və Hərbi Prokurorluqda aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, bu fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək, mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Baş Prokurorluqda cinayət işləri başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırılmasından ötrü heç bir tədbir görmür. 

Baş Prokurorluq  Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilən hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895
avatar

Mehman Nəbiyev

Oxşar yazılar