Ermənilər yenidən Naxçıvanı atəşə tutdu
16 iyul 2021 13:49 (UTC +04:00)

Ermənilər yenidən Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozub. 

Əlahiddə Ümumqoşun Ordudan Lent.az-a verilən məlumata görə, iyulun 16-sı saat 10 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bölmələrimizin şəxsi heyəti  və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Mehman Nəbiyev

Oxşar yazılar