Ermənilər Gədəbəyi atəşə tutdu
16 sentyabr 2023 07:47 (UTC +04:00)

Ermənilər Gədəbəyi atəşə tutdu

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun  Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252

Oxşar yazılar