Ənvər Həsənov vəfat etdi , Buzovnada dəfn olunacaq
16 mart 2025 23:04 (UTC +04:00)

Ənvər Həsənov vəfat etdi, Buzovnada dəfn olunacaq

Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.

Lent.az xəbər verir ki, bu barədə APA-ya aktyorun ailə üzvləri məlumat verib.

***
20:53

Xalq artisti Ənvər Həsənov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar